Kanadada keçirilən “Masters” seriyalı turnirdə bu gecə iki sensasiya baş verib. Turnirin 1 və 2-ci tennisçiləri mübarizəni dayandırıb.

Futbolinfo.az xəbər verir ki, rusiyalı Daniil Medvedev avstraliyalı Aleks De Minaurla oyunu məğlubiyyətlə başa vurub. De Minaur hər iki setdə rəqibindən üstün olub – 7:6, 7:5. Beləliklə də o, karyerasında ilk dəfə “Masters” seriyalı turnirin yarımfinalına adlayıb.

“Uimbldon” turnirinin qalibi Karlos Alkaras da Torontoda uğursuzluğa düçar olub. İspaniyalı tennisçi Tommi Polla bacarmayıb. Amerikalı tennisçi 6:3, 4:6, 6:3 hesablı setlərlə qələbə qazanıb. Tommi Polun da bu, karyerasında ən yüksək nailiyyətidir.

Digər oyunlarda Yannik Sinner Qael Monfisi 3 setdə məğlubiyyətə uğradıb. İspaniyalı Alexandro Davidoviç-Fokina ABŞ-li Makkenzi Makdonalds üzərində qələbə qazanıb. Beləliklə də, yarımfinalda Aleks De Minaur Alexandro Davidoviç-Fokina ilə, Tommi Pol isə Yannik Sinnerlə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp