İngiltərə millisinin futbolçusu Harri Keyn Almaniyanın “Bayern” komandasına keçib.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.

“Bayern”in bu transfer üçün “Tottenhem”ə 100 milyon avro ödədiyi bildirilir.

London klubunun yetirməsi olan Keyn müxtəlif vaxtlarda ölkəsinin “Leyton Orient”, “Milluoll”, “Norviç Siti” və “Lester Siti” komandalarında da çıxış edib. O, son 10 ili “Tottenhem”in əsas komandasında keçirib. Keyn İngiltərə yığmasında 84 oyuna 58 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp