“Srvena Zvezda” komandasının basketbolçusu Nemanya Nedoviç qarşıdan gələn dünya çempionatında iştirak etməyəcək.

“Mən daim bu formanı daşımaqdan qürur duymuşam. Karyeram ərzində milli komandada var gücümlə oynamışam. Ancaq indi bunu edə bilməyəcəyəm. Düzgün başa düşülməm üçün gedişimin səbəbini də açıqlamaq məcburiyyətindəyəm.

Daim qarşıma yüksək hədəflər qoymağıma baxmayaraq, məşqlər zamanı optimal formadan uzaq olduğumu hiss etdim. Belə bir çempionatda normal oynamaq üçün hazır deyiləm. Təəssüf ki, mənə göstərilən etimadı doğrulda bilmədim. Bütün bunları baş məşqçimiz Svyatoslav Peşiçə də izah etdim. Mənə göstərilən etimada görə hamıya dərin minnətdarlığımı bildirirəm”, – deyə Nedoviç Serbiya Basketbol Federasiyasının rəsmi saytına açıqlamasında gedişinin səbəbini izah edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp