Yeddiqat dünya çempionu Lüis Həmilton “Ferrari”nin təklifini rədd edib. İtaliyalı tanınmış jurnalist Leo Turininin məlumatına görə, ingiltərəli pilotla şəxsən Con Elkan əlaqə quraraq müqavilə təklif edib.

Lüis Həmiltonun “Mercedes”lə müqaviləsi ilin sonunda bitir. Hər iki tərəf sözləşmənin uzadılacağını dəfələrlə bəyan edib. Lakin hələlik bununla bağlı rəsmi məlumat yoxdur.

KİV-də yeni müqavilənin gecikməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Əsas versiyalar müqavilənin dəyəri və müddəti ilə bağlıdır.

Bəzi ekspertlər belə bir vəziyyətdə pilota “Ferrari”yə yollanmağı da məsləhət görüblər. Lakin İtaliya komandasının təklifinə Həmilton müsbət cavab verməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp