Fransanın PSJ klubu “Barselona”nın futbolçusu Usman Dembelenin transferini açıqlayıb.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ilə 2028-ci ilin yayınadək müqavilə imzalanıb.

Fransalı forvard Paris təmsilçisində 23 nömrəli formanı geyinəcək. Fransa çempionu bu transfer üçün kataloniyalılara 50 milyon avro ödəyib.

Dembele 2017-ci ilin avqustundan “Barselona”da çıxış edirdi. Fransa millisinin üzvü daha əvvəl ölkəsinin “Renn” və Almaniyanın “Borussiya” (Dortmund) klublarının da şərəfini qoruyub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp