Misli Premyer Liqasının 2-ci turu çərçivəsində sabah baş tutmalı olan bir oyun təxirə salınıb. Belə ki, Konfrans Liqasında “Partizan”la şətin səfər matçına daha yaxşı hazırlaşmaq istəyən “Sabah”ın xahişi nəzərə alınıb.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, Masazır təmsilçisinin “Sumqayıt”la səfər qarşılaşması qeyri-müəyyən vaxta ertələnib. Rəqib komandanın da razılığından sonra Peşəkar Futbol Liqası bu barədə qərar qəbul edib.

Qərarın az sonra rəsmən açıqlanacağı gözlənilir.

Xatırladaq ki, evdə “Partizan”a 2:0 hesabı lə qalib gələn “Sabah” pley-offa yüksəlmək üçün avqustun 17-də Serbiyada da sərfəli nəticəyə nail olmalıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp