Bu gün Misli Premyer Liqasında 2-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Açılış matçında “Qəbələ” “Dalğa Arena”da “Araz-Naxçıvan”la üz-üzə gəlib. Naxçıvan təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Günün digər oyununda isə “Zirə” evdə “Kəpəz”lə qarşılaşacaq.

Qeyd edək ki, turun “Qarabağ” – “Turan Tovuz” və “Sumqayıt” – “Sabah” görüşləri avqustun 13-də, “Neftçi” – “Səbail” matçı isə avqustun 14-də baş tutacaq.

Misli Premyer Liqası
2-ci tur

12 avqust

“Araz-Naxçıvan” – “Qəbələ” 2:0
Qollar: İsmail Azzaui, 17. Elvis Maşike, 83.
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev
“Dalğa Arena”

Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 5. Nihad Qurbanlı, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 4. İqor Ribeyro.
Baş məşqçi: Azər Bağırov.
Qəbələ: 13. Kristof Atanqana, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 7. Emil Səfərov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 20. Bilel Auaşeriya, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp