Latviya çempionatında 26-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Liepaya” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 1:2.

Ramin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 71 dəqiqə oynayıb.

Futbolçumzun komandası hazırda 25 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp