“Kəpəz” Misli Premyer Liqasının 2-ci turu çərçivəsində “Zirə” ilə səfər oyununa itkilərlə çıxacaq.

Futbolinfo.az klubun yaydığı məlumata istinadən xəbər verir ki, ötən həftə məşqlərin birində zədələnən kapitan Vurğun Hüseynov zədəsini sağaltmadığından görüşü buraxacaq.

Elmir Tağıyev isə cəzalıdır. “Səbail”dən icarəyə götürülən yarımmüdafiəçi ötən mövsüm müqavilə ilə məxsus olduğu komandanın heyətində 4 oyun cəzalandığından diskvalifikasiya müddəti hələ başa çatmayıb.

Qeyd edək ki, bu gün keçiriləcək “Zirə” – “Kəpəz” görüşü saat 21:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp