Misli Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ilk oyun gününün ikinci qarşılaşması “Zirə” ilə “Kəpəz” arasında baş tutub.

Meydan sahibləri bu görüşdə minimal hesabla qalib gəliblər.

Xatırladaq ki, turun açılış matçında “Qəbələ” “Dalğa Arena”da “Araz-Naxçıvan”a 0:2 hesabıyla uduzub. Bu turun “Qarabağ” – “Turan Tovuz” oyunu avqustun 13-də, “Neftçi” – “Səbail” matçı avqustun 14-də baş tutacaq. “Sumqayıt” – “Sabah” matçı təxirə salınıb.

Misli Premyer Liqası
2-ci tur
12 avqust

“Zirə” – “Kəpəz” 1:0
Qol: Qismət Alıyev, 64.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu, 21:00

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Akka, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Kəpəz: 1. Vladislav Vasilyuçek, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 22. Rüfət Əhmədov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 2. Nicat Verdiyev, 44. Nihat Fərəci, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Məmmədov.

Shares: