Misli Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilməli olan “Sabah”la matçı təxirə salındığı üçün “Sumqayıt” yoxlama oyununda qüvvəsini sınayacaq.

Futbolinfo.az xəbər verir ki, Samir Abasovun yetirmələri Birinci Liqa təmsilçisi MOİK-lə üz-üzə gələcək.

13 avqustda “Sumqayıt”ın stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

Shares: