“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 2-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Hava şəraiti ilə əlaqədar oyun bir qədər çətin keçdi. Birinci hissədə daha çox qaçdıq. Müqayisə etsək, “Qəbələ” daha hazırlıqlı komandadır. Bəzi çatışmazlıqlarımız olsa da, vacib qələbə qazandıq. Bu, çox önəmli idi.

İyulun 22-də heyətin 70 faizi bir yerdə idi. Bu gün isə ayın 12-dir, 20 gün vaxt keçib. İşimiş çətindir, futbolçuların oyuna köklənməsini maksimuma qaldırmaq üçün fərdi yanaşırıq”.

Shares: