“Qarabağ” Adama Diakabi ilə yollarını ayırmağa hazırlaşmır. Ağdam klubu yanvarda heyətinə qatdığı futbolçunu sıralarında saxlayacaq.
Futbolinfo.az xəbər verir ki, komandadan göndəriləcəyi barədə xəbərlər gəzən fransalı vinger barədə Qurban Qurbanov danışıb. “Qarabağ”ın baş məşqçisi ardıcıl zədələrdən sonra formasını bərpa etməkdə çətinlik çəkən oyunçunun müqaviləsinin davam etdiyini xatırladıb: “Diakabi ilə müqavilənin müddəti 2025-ci ilin yayına qədərdir. Onunla yolları ayırmaq barədə düşüncəmiz yoxdur”.
Dünən “Turan Tovuz”la matçda qol hesabını açan Adama daha sonra növbəti dəfə zədələnsə də, məşqçi onun komandaya faydalı olacağına inanır. Qurbanov bu barədə canlı efirdə danışıb.
“Qarabağ”ın çalışdırıcısı eyni zamanda yeni transferlərin olacağını da söyləyib: “Transfer ola bilər. Bir neçə oyunçu var ki, danışıqlar gedir. Mövqeyə gəlincə, istənilən yer olması mümkündür”.