“Çelsi” uzun müddətdir etmək istədiyi transferi reallaşdırmaq üzrədir. Moyzes Kaysedo tezliklə “zadəgan” olacaq.
Futbolinfo.az xəbər verir ki, “Brayton”un 126 milyon avroya “Liverpul”a satmağa razılaşdığı futbolçu son anda fikrindən dönmüşdü. Ekvadorlu oyunçu yalnız “Çelsi”də oynamaq istədiyindən məsələ uzanmışdı. Nəhayət, tərəflər ortaq məxrəcə gəlib.
Son illər “Brayton dan bir neçə futbolçu alan London klubu Kaysedonun transferinə də nail olub. 133 milyon avroya razılaşan tərəflər tezliklə anlaşmanı rəsmiləşdirəcək. Bununla da yeni İngiltərə rekordu müəyyənləşəcək.
2021-ci ildə Ekvador “İndependyente”sindən 5 milyon avroya alınan 21 yaşlı oyunçu ötən ilin yanvarınadək Belçika “Beerşot”unda icarədə olmuşdu. Bu gün tibbi müayinədən keçəcək Kaysedo 9 illik müqavilə bağlayacaq.