2008-2009 mövsümündə “Neftçi”nin formasını geymiş Ali Cansun Azərbaycanı unutmayıb. O, indi də futbolumuzu izləyir.
Sabiq hücumçu futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın hər il avrokubokların qruplarına düşməsindən danışıb: “Azərbaycan klub səviyyəsində inkişaf edib. “Qarabağ” hər il avrokubokların qrupunda çıxış edir. Bu mövsüm “Sabah” da uğurlu nəticələr göstərir. “Neftçi”nin kifayət qədər tanınmış baş məşqçisi var. Azərbaycanın ən köklü klubudur”.
Cansun Bakıda olduğu dönəmi də xatırlayıb: “Mən orada olanda klubda futboldan uzaq adamlar var idi. Amma indi görürəm ki, güclü heyət qurulur. Ümid edirəm ki, bu mövsüm “Neftçi” Azərbaycan çempionu olacaq. Yaxşı heyətimiz var idi. Məsələn, Samir Əliyevin, Zaur Tağızadənin adını çəkə bilərəm. Orada dostlarım var. “Neftçi”də uzun illər oynamaq istərdim”.