İtaliya Futbol Federasiyası Roberto Mançininin istefasından sonra milli komandaya yeni baş məşqçi axtarışına çıxıb. Əsas namizədlər ölkədə uğur qazanmış yerli mütəxəssislərdir.

Futbolinfo.az İtaliya mətbuatına istinadla xəbər verir ki, yığmaya rəhbərlik etməyə əsas namizədlər Antonio Konte və Luçano Spalettidir. Konte artıq 2014-2016-cı illərdə yığmaya rəhbərlik edib. O, yazda “Tottenhem”dən ayrıldıqdan sonra işsizdir. Spaletti isə ötən mövsüm “Napoli” ilə A Seriyasını qazandıqdan sonra komandanı tərk edib.

Daha iki namizəd məşqçi kimi hələ özünü sübut edə bilməyən sabiq milli üzvləridir. Belə ki, Fabio Kannavaro və Daniele de Rossinin də adı geniş siyahıdadır.

Xatırladaq ki, Mançini ötən gün İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina ilə fikir ayrılığına görə istefa verib.

Shares: