Azərbaycanlı hakim-inspektor Elçin Səmədli Ermənistanın futzal yığmasının oyununa təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, o, futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçiriləcək Gürcüstan – Ermənistan matçında iş başında olacaq.

Beynəlxalq dərəcəli hakim-inspektor sentyabrın 15-də Tiflisdə baş tutacaq görüşdə referilərin işinə qiymət verəcək.

Shares: