Türkiyənin “Beşiktaş” klubu 2022/23 mövsümünün sonunda “Liverpul”u tərk edən futbolçu Aleks-Oksleyd Çemberleni transfer edib.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi bu haqda rəsmi saytında məlumat verib.

İstanbulda olan oyunçu tezliklə 2 illik müqaviləyə imza atacaq. Onun yeni klubundakı məvacibi isə illik 2 milyon avro olacaq.

İngiltərəli futbolçu karyerası ərzində ölkəsinin “Sauthempton” (2010-2011) və “Arsenal” (2011-2017) kimi klublarında da oynayıb. O, 2012-2019-cu illərdə İngiltərə millisinin şərəfini qoruyub.

“Beşiktaş” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibidir. Cütün ilk qarşılaşması Bakıda keçirilib. Həmin oyunda “qara qartallar” 3:1 hesablı qələbə qazanıb.

Cavab qarşılaşması avqustun 17-də İstanbulda keçiriləcək.

Shares: