Qapıçı axtarışlarını davam etdirən “Bayern” daha bir oyunçudan əlini üzüb. Bir neçə əlcək sahibi ilə anlaşa bilməyən münhenlilər son olaraq Heronimo Rulli ilə anlaşmışdı. Amma…
Futbolinfo.az xəbər verir ki, qapıçı bu gün Almaniyaya yollanmalıydı. Lakin tibbi müayinə zamanı “Ayaks”ın qapıçısının zədəli olduğu üzə çıxıb. Sən demə, “Herakles”lə son matçda çiynndən zədə alan qapıçının vəziyyəti ciddi imiş. Onun hətta qışa kimi oynaya bilməməsi gözlənilir.
31 yaşlı qapıçı yanvarda “Vilyarreal”dan transfer olunub. O, 2026-cı ilin yayınadək Amsterdam klubunda oynayacaq.
“Bayern” daha öncə Kepa Arrisabalaqa, David Raya və s. qapıçılarla anlaşa bilməyib. Yan Sommerin “İnter”ə satıldığını nəzərə alsaq, zədəli Manuel Noyerə tezliklə əvəzedici tapılmalıdır.