Eddi İsrafilov azı bir ay “Neftçi”yə kömək edə bilməyəcək. Bu o deməkdir ki, təcrübəli yarımmüdafiəçi millimizin qarşıdakı oyunlarında da oynamayacaq.

Futbolinfo.az xəbər verir ki, Eddi tezliklə dizindən əməliyyat olunacaq. Hələ qışdan bəri zədəli olan futbolçu oynamağa davam etsə də, nəhayət, həkim məsləhəti ilə cərrah masasına uzanması lazım gəlib. Bu şəkildə davam etməsi karyerasına zərbə ola biləcəyindən yarımmüdafiəçi risk etməmək qərarına gəlib.

İsrafilov Misli Premyer Liqasının ilk turu öncəsi növbəti dəfə zədələnib. “Kəpəz”lə oyun üçün yollandıqları Gəncədə məşq zamanı xəsarət alan futbolçu bu səbəbdən heyətdən kənar qalıb.

Eddnin dizindəki problem uzun müddət kənarda qalmasına səbəb olmayacaq. Sadəcə, kiçik əməliyyata ehtiyac duyulur və dönüşü sentyabrın ortalarına planlaşdırılır. Onun konkret nə vaxt və harada əməliyyat olunacağı bilinmir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp