Litva 1-ci liqasında 18-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Riteryay 2” ilə qarşılaşıb və 0:3 hesablı məğlubiyyətə üzülüb.

Nurlan da bu oyunun iştirakçısı olub. O, 77-ci dəqiqədə meydana buraxılıb.

“Yonava” 18 turdan sonra 8 xalla sonuncu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp