“Neftçi”nin baş məşqçisi Adrian Mutu Rumıniyadan daha bir futbolçunu Azərbaycana gətirmək niyyətindədir.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis ölkəsindən bu dəfə hücum xətti üçün transfer etməyi planlaşdırır. Onun hədəfindəki oyunçu “Farul”un forvardı Denis Alibeçdir.

“Neftçi” 32 yaşlı ön xətt oyunçusuna aylıq 50 min avroluq maaş da təklif edib. Lakin ötən mövsümün ən yaxşısına Qətərdən daha sərfəli təklif gəlib. Belə ki, “Əl-Muaydar” 8 aylıq sözləşmə üçün 800 min avro ödəməyə boyun olub.

Futbolçu özü hələ qərarını vermədiyini bildirib. Ancaq onun Qətər klubu ilə müqavilənin son detallarını müzakirə etdiyi bildirilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp