Britaniyalı tennisçi Endi Marrey Sinsinati turnirində iştirak etməkdən vaz keçib. İkiqat Olimpiya çempionu “Masters” seriyalı turnirin iştirakçıları sırasında olsa da, “Devis kuboku”na üstünlük verib.

Bununla bağlı Böyük Britaniya komandasının baş məşqçisi Leon Smit məlumat verib. Onun sözlərinə görə, “Böyük dəbilqə” seriyalı turnirlərin üçqat qalibindən başqa milli komandada Kemeron Norri , Daniel Evans və Nil Skupski yer alacaq. Britaniya millisinin oyunu sentyabr ayına planlaşdırılıb.

Əlavə edək ki, qadınların turnirində də ciddi itki var. Çempionluğa namizədlərdən olan Eliona Svitolina da yarışmayacağını bildirib.

Start götürən turnirdə maraqlı nəticələr də qeydə alınıb. Onlardan biri Vinus Vilyamsın qələbəsidir. 42 yaşlı idmançı rusiyalı Veronika Kudermetovanı mübarizədən kənarlaşdırıb. Sonuncu dəfə o, 4 il əvvəl TOP-20-də qərarlaşan tennisçini məğlub etmişdi.

3b079666 0bb8 4211 a9d4 3f34243f13c3 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp