2010-2015-ci illərdə “Neftçi”nin formasını geyinmiş Flavinyo peşmandır. O, vaxtilə milli komandamızın formasını geymək təklifini geri çevirməməli olduğunu deyir.

Braziliyalı futbolçu bu barədə futbolinfo.az saytına açıqlamasında deyib: “Yanlış qərar verdiyim an olub. Azərbaycan millisində oynamaq təklifini alanda gərək qəbul edərdim. Həmyerlim Riçard Almeyda bu mənada doğru addım atdı, hazırda da millinizdə çıxış edir. Həmin vaxt “Neftçi”dəki prezident dəyişikliyi mənə pis təsir etdi, Braziliyaya qayıtdım”.

Flavinyo “Neftçi”nn əvvəlki əzəmətini qaytaracağına ümid edir: “Bunu zaman göstərəcək. Amma oradakılar pozitivdirlər. Mən özüm də nəticələrdə fərq hiss edirəm. Təəssüf ki, Avropada Azərbaycan futbolu deyəndə hamının ağlına gələn tək komanda “Qarabağ”dır. Çoxlarının indi “Neftçi”dən xəbəri yoxdur. Ötən il mən özüm də komandaya kömək etmək istədim. Braziliyada istedadlı futbolçular var, onların “Neftçi”yə keçidinə vasitəçilik edə bilərdim. Ancaq məni yaxına buraxmadılar. Həmin futbolçuları da başqa ölkələrə göndərdim”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp