Nikolo Zaniolo “Qalatasaray”da qalmaq istəmir. Fevralda İstanbul klubuna gələn italiyalı yenidən “Böyük beşlik” ölkələrindən birinə yollanmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, hazırda zədəli olan yarımmüdafiəçi “Aston Villa”nın hədəfindədir. Türkiyə təmsilçisi “Roma”dan 15 milyon avroya aldığı və 2027-ci ilin yayınadək müqaviləsi olan Zaniolonu İngiltərəyə buraxmağa razılaşıb.

İlk mövsümdə 3 milyon avro qarşılığında birmingemlilərə icarəyə veriləcək 24 yaşlı oyunçu daha sonra birdəfəlik transfer ediləcək. “Aston Villa” onun üçün 20 milyon avro (+ 7 milyon avro bonuslar) ödəməyə razıdır. Transfer yaxın günlərdə rəsmiləşməlidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp