“Mançester Yunayted” daha bir oyunçusunu satıb. Matey Kovarj bundan sonra “Bayer”in formasını geyəcək.

Futbolinfo.az xəbər verir ki, leverkuzenlilər keçidi üçün 9 milyon avro ödədiyi oyunçu ilə 4 illik müqavilə bağlayıb. Kovarj yeni komandasında 17 nömrəli formanı geyəcək.

23 yaşlı çex qapıçı 2018-ci ildən İngiltərədədir. O, mançesterlilərin müxtəlif yaş qruplarından olan komandalarında çıxış etsə də, əss komandaya yüksələ bilmədi. Ötən mövsüm Praqa “Sparta”sında icarədə olan qolkiper bu dəfə birdəfəlik satıldı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp