“Neftçi” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində avqustun 17-də Bakı vaxtı ilə saat 21:00-da “Beşiktaş” stadionunda “Beşiktaş”ın qonağı olacaq.

Futbolinfo.az xəbər verir ki, İstanbul vaxtı ilə saat 20:00-da start götürəcək qarşılaşmada “Neftçi”ni dəstəkləmək istəyən azarkeşlər oyunu rəqib komanda fanatları üçün nəzərdə tutulan tribunada izləyə biləcəklər.

Həmin sektora bilet əldə etmək istəyən azarkeşlər “Neftçi” PFK-ya müraciət edə bilərlər.

Bilet üçün azərbaycanlı azarkeşlərdən aşağıdakı nömrə ilə əlaqə saxlamaq xahiş olunur:

+994 50 218 41 86

Xatırladaq ki, Bakıdakı ilk oyunda “Neftçi” bu rəqibinə 1:3 hesabıyla uduzub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp