Roberto Mançini İtaliya milli komandasının növbəti baş məşqçisinin kimliyini açıqlayıb. İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina ilə münaqişəyə görə vəzifəsindən gedən Mançini, yerinə Luçano Spalettinin gələcəyini bildirib.

Futbolinfo.az xəbər verir ki, vəzifəsini tərk etdikdən sonra bütün günahın federasiya prezidentində olduğunu bildirən 51 yaşlı mütəxəssis İtaliya milli komandası ilə Avropa çempionu olmuşdu.

Hazırda boş olan Luçano Spaletti isə son mövsüm “Napoli” komandasını uzun fasilədən sonra İtaliya çempionu etmişdi. Lakin klub prezidenti Aurelio De Laurentislə sözü çəp gəldiyinə görə mütəxəssis komandanı tərk etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp