Ötən həftə “Sabah”dan ayrılan Coy-Lens Mikelsin yeni klubu müəyyənləşib. Almaniyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanının “Əl-Faysal”ında davam etdirəcək. Bu barədə sözügedən klubun saytı məlumat yayıb.
İmzalanma mərasimində “Əl-Faysal”ın idarə heyətinin rəhbəri Əbdül Məcid bin Əbdüləziz Əl-Aimin də iştirak edib.
Futbolçunun bakılılarla müqaviləsi bitməmişdi. Ərəblər onun müqavləsindəki satınalma bəndindən yararlandı. “Sabah”ın keçidə görə təxminən 400 min avro qazandığı deyilir.
Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ildən “Sabah”da çıxış edirdi. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub.