Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa hazırlaşan “Sabah” səfərə gedir. “Partizan”la revanş oyunu üçün Serbiyaya yollanacaq bakılıların proqramı bəllidir.

Futbolinfo.az xəbər verir ki, komanda sabah saat 11:30-da Belqrada yol düşəcək. Komanda Serbiya paytaxtındakı “HYatt Regensy” otelində məskunlaşacaq. Avqustun 17-də reallaşacaq matçdan dərhal sonra komanda Bakıya qayıdacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovdan aldığımız məlumata görə, Serbiyaya Bakıdan azarkeş aparılmayacaq: “Lakin Belqradda yaşayan müəyyən sayda həmvətənimizin matçda komandamıza stadionda dəstək verməsi gözlənilir. Kluba bu məsələ ilə bağlı müraciətlər var. Ancaq hazırda “Partizan”la matçda nə qədər həmvətənimizin olacağı bəlli deyil. Çox güman oyun günü komandamımızı stadiondan dəstəkləyəcək azarkeş sayı bəlli olacaq”.

Xatırladaq ki, “Sabah” Bakıda rəqibini 2:0 hesabı ilə məğlub edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp