WBC versiyası üzrə dünya çempionluğuna namizəd olmuş amerikalı Kevin Vladimiroviç Conson promouter Vladimir Xryunov tərəfindən Rusiya Boks Federasiyasının lisenziyasını alıb. Sənədin təntənəli şəkildə təhvil verilməsi Moskvada keçirilən mətbuat konfransında baş tutub.

Xatırladaq ki, bir müddət əvvəl Conson Rusiya prezidenti Vladimir Putinin şərəfinə adını Kevin Vladimiroviçə dəyişdirildiyini açıqlamışdı. Faktiki olaraq atasından imtina edən Kevin Vladimiroviç Conson Rusiya vətəndaşlığını almaq arzusunu da bildirib.

43 yaşlı amerikalı boksçunun hesabında 59 döyüş var. Bunlardan 36-da o, 20-si nokaut olmaqla qələbə qazanıb. 21 dəfə məğlubiyyətlə üzləşən boksçunun iki döyüşü heç-heçə ilə başa çatıb.

Maraqlıdır ki, 2009-cu ildə titul uğrunda döyüşdə Conson Kiyevin hazırkı meri ukraynalı Vitali Kliçkoya uduzmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp