ƏMANƏT – Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin yay düşərgəsinin bu dəfəki məkanı Tovuz rayonu olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Turan Tovuz” klubunun sosial şəbəkə hesabından məlumat verilib.

Paylaşımda “Düşərgənin 4-cü günündə əmanətlər Tovuz rayon Şəhidlər Xiyabanını ziyarət edib və “Turan Tovuz” PFK-nın qonağı olub. Əziz şəhid və qazilərimizin bizlərə olan əmanətlərinə komandamız, akademiyamız, stadion ərazisində yerləşən və şəhid futbolçumuz İlqar Zeynallının adını daşıyan meydança və abidə, şəhidlərimizin xatirəsinə inşa olunmuş bulaq kompleksi haqda geniş məlumat verilib, asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunub” – deyə, bildirilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp