Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda HJK-in qonağı olacaq “Qarabağ” avqustun 16-da saat 11:00-da Finlandiyaya yollanacaq.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, çarter reysi ilə Helsinkiyə yollanacaq Ağdam təmsilçisi “Hilton Helsinki Strand” otelində məskunlaşacaq.

Baş məşqçi Qurban Qurbanovun avqustun 16-da yerli vaxt ilə 19:15-də (Bakı vaxtı ilə 20:15) mətbuat konfransı başlayacaq.

Media nümayəndələri üçün nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşqimiz isə yerli vaxt ilə 19:30-da (Bakı vaxtı ilə 20:30) matçın oynanılacağı “Bolt Arena”da baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp