Futbol üzrə Azərbaycan millisinin İordaniya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyununun başlama saatı bəlli olub.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma sentyabrın 12-də, saat 20:00-da start götürəcək.

Qeyd edək ki, beynəlxalq yoldaşlıq görüşü “Dalğa Arena”da gerçəkləşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp