Böyüklərdən ibarət sərbəst güləş üzrə milli komandamız Göygöldə təlim-məşq toplanışındadır. Yığmamız bu ilin ən əsas yarışı olan dünya çempionatına hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, komanda avqustun 9-dan etibarən yerli olimpiya idman kompleksində məşqlərə başlayıb. Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında 35 güləşçi toplanışda iştirak edir.

Komandaya yeni məşqçilər də cəlb olunub. Son illərə qədər yığmanın şərəfini qoruyan, Olimpiada, dünya və Avropa çempionatlarının mükafatçısı Şərif Şərifov və Cəbrayıl Həsənov bundan sonra məşqçi kimi milliyə xidmət edəcəklər.

Komanda məşqlərdə əsasən taktiki-texniki çalışmalara diqqət ayrılsa da, bununla bərabər funksional və ümumi fiziki dözümlülük üzərində hazırlıq keçirilir. Həmçinin idmançılar toplanışda kross qaçışları da yerinə yetirirlər.

Sərbəst güləşçilərin Göygöldəki təlim-məşq toplanışı avqustun 22-dək davam edəcək. Daha sonra komanda dünya çempionatının son hazırlığını Bakıda keçəcək. Bu ilin 16-24 sentyabr tarixlərində baş tutacaq dünya çempionatı Serbiyanın paytaxtı Belqradda təşkil ediləcək.

BƏHRUZ MUSAYEV, GÖYGÖL

ab5fe0a9 cc04 4bb5 b75d 9b6a42bfbcd2 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp