Son illər istedadlı oyunçuları heyətinə cəlb edib satmaqla məşğul olan “Brayton” daha bir gənc tapıb. Moyzes Kaysedonu “Çelsi”yə rekord qiymətə satan Premyer Liqa klubu Valentin Barkonu transfer etməyə yaxındır.

Futbolinfo.az xəbər verir ki, sol cinah oyunçusu Avropaya yollanmaq istəyir. Bunun üçün ən real təklif ingilislərdən gəlib. 19 yaşlı argentinalı da Premyer Liqaya yollanmağın əleyhinə deyil.

“Boka Xuniors” yetirməsi bu ildən əsas komandaya cəlb olunub. Onun transfer qiyməti 3,5 milyon avrodur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp