Premyer Liqanın 3-cü turu çərçivəsində keçiriləcək “Sabah” – “Neftçi” oyununun biletləri artıq satışdadır.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Sabah”ın mətbuat xidməti məlumat yayıb.

Komandasını stadiondan dəstəkləmək istəyənlər biletləri bu gündən etibarən onlayn şəkildə “iticket.az” saytından, oyun günü isə həmçinin “Bank Respublika Arena”nın kassasından əldə edə bilərlər. Biletlərin qiyməti 1 və 2 AZN-dir.

Biletinizi onlayn almaq üçün: https://iticket.az/events/sport/sabah-fk-neftci-pfk/98780

“Sabah” – “Neftçi” matçı avqustun 20-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp