PSJ-nin futbolçusu Neymarın “Əl-Hilal”a keçidi rəsmiləşib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanını klubu məlumat yayıb.

Braziliyalı hücumçu ilə 2 illik müqavilə imzalanıb. “Əl-Hilal”ın bu transfer üçün PSJ-yə 80 milyon avro təzminat ödəyəcək.

Xatırladaq ki, 2017-ci ildə “Barselona”dan PSJ-yə keçən Neymar ötən mövsüm Paris klubunda 29 oyunda 18 qol vurub, 17 qolun ötürməsini edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp