“İnter” bir futbolçunu satıb əvəzinə yenisini gətirdi. İtaliya nəhəngi bu əməliyyatı qısa müddət ərzində yerinə yetirdi.

Futbolinfo.az xəbər verir ki, Almaniya yığmasının üzvü Robin Qosens vətəninə qayıtdı. 2022-ci ildə “Atalanta”dan transfer edilən 29 yaşlı yarımmüdafiəçi milanlıların heyətində möhkəmlənə bilmədiyindən “Union”a yollandı. Berlinlilər onun üçün 15 milyon avro ödəyib 5 illik müqavilə imzaladı.

Əvəzində “İnter” Karlos Auqustonu düşərgəsinə gətirdi. “Montsa”dan 13 milyon avroya transfer edilən 24 yaşlı braziliyalı rəsmi müqaviləyə imza atdı. 2020-ci ildə “Korintians”dan ayrılaraq Avropaya gələn oyunçunun transferinin digər detalları açıqlanmır.

carlos augusto monza 2023 2223 1679315451 103911 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp