Gəncəli azarkeşlərin gözü yenə yolda qalacaq. Bəlkə də arzular çin olacaq, amma qərar rəsmiləşməmiş qəti söz demək olmur.

Futbolinfo.az xəbər verir ki, III MDB Oyunlarının Gəncədə keçirilməsi barədə mətbuatda dolaşan xəbərlər hələ təsdiqini tapmayıb. Yarışın 2025-ci ildə bu şəhərdə təşkili haqda rəsmi qərar yoxdur. Bu səbəbdən Gənclər və İdman Nazirliyinin müvafiq paylaşımında yarışın konkret hansısa şəhərdə yox, Azərbaycanda keçiriləcəyini qeyd edib.

Bunun səbəbi var. Belə ki, belə möyəbər yarışın təşkili üçün müvafiq idman qurğuları olmalıdır. Ən əsası, açılış və bağlanış mərasimi üçün müasir tələblərə cavab verən böyük stadion gərəkdir. Seçim Gəncənin üzərində edilsə, qısa zamanda buradakı istismara yararsız stadion sökülməli, yerində yenisi tikilməlidir. Nazirlik inşaat işlərini çatdıra bilməməsindən, dövlət tərəfindən lazımi vəsaitin ayrılmasına nail olmayacaqlarından ehtiyatlanır.

g nc stadionu n vaxt t mir olunacaq - Futbolinfo.az

III MDB Oyunlarının Gəncədə keçirilməsinə qəti qərar verilmədiyini saytımıza açıqlamasında AGİN-in mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev də təsdiqlədi: “Oyunların estafeti Azərbaycana təqdim edildi. lll MDB Oyunları 2025-ci ildə ölkəmizdə keçiriləcək. Bu barədə qərar çoxdan qəbul edilmişdi. MDB Oyunları çərçivəsində Minskdə keçirilən iclasda isə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə MDB-nin 2025-ci il üçün “İdman paytaxtı” elan edildi. lll MDB Oyunlarının Azərbaycanın hansı şəhərində keçiriləcəyi isə Bakıda keçiriləcək Təşkilat Komitəsinin iclasından sonra məlum olacaq”.

Mehdiyev rəsmi qərar olmadan əlavə məlumat verə bilməyəcəyini söylədi. Lakin bizdə olan bilgiyə görə, hazırda oyunların Sumqayıta həvalə edilməsi barədə də müzakirələr gedir. “Gənclik şəhəri”ndə yeni stadionun artıq tikilməsi əsas götürülür və paytaxta yaxın ərazinin belə yarış üçün daha məqsədəuyğun olduğu fikri hakimdir. Lakin Sumqayıtla bağlı da “əmma” var. Şəhərdə köhnənin yerində tikilən yeni arenanın tikintisi çoxdan başa çatsa da, hələ rəsmi açılışı olmayıb. Səbəbin stadionunun qüsurlu inşası olduğu deyilir.

maxresdefault 1 1 - Futbolinfo.az

Növbəti MDB oyunlarına hələ iki il var və az zaman deyil. Lakin yarış Gəncədə və ya müvafiq idman qurğuları olmayan hansısa digər şəhərdə keçiriləcəksə, qərar tez verilməli, çatışmazlıqlar aradan qaldırılmalıdır. Stadion tikintisi bir neçə aya yekunlaşacaq proses deyil.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp