Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” (Zaqreb, Xorvatiya) bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi evdə Yunanıstan AEK-i ilə qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir də bu oyunun iştirakçısı olub. O, 46-cı dəqiqədə Dario Şkipiçin əvəzinə meydana çıxıb.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 19-da Yunanıstdanda keçiriləcək.

Xatırladaq ki, bu komandaların ilk görüşü avqustun 8-də Yunanıstanda olmalı idi. Lakin matçdan əvvəl iki komandanın azarkeşləri arasındakı qarşıdurma zamanı bir yunan tərəfdar bıçaqlanma nəticəsində öldüyü üçün UEFA bu oyunu təxirə salmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp