“Əl Hilal” daha bir transferə hazırlaşır. Səudiyyə Ərəbistanı klubu yenə Avropaya göz dikib.

Futbolinfo.az xəbər verir ki, ərəblər “Sevilya”nın qapıçısı Yassin Bunuya göz dikib. “Realın transferindən vaz keçdiyi mərakeşli “Əl Hilal”ın əsas hədəflərindən biridir. Son dünya çempionatında adından söz etdirən qolkiper ciddi təklif alıb.

“Sevilya”ya transfer üçün 18-19 milyon avro təklif edən Səudiyyə Ərəbistanı təmsilçisi qapıçının özünə də yaxşı maaş vəd edib. Şərtlər o qədər yaxşıdır ki, Bununu transfer etmək istəyən “Bayern” mübarizədən geri çəkilib.

32 yaşlı oyunçunun İspaniya klubu ilə hələ iki illik müqaviləsi var. Amma 2019-cu ildən əndəlüslülərin şərəfini qoruyan qolkiperin transferi real görünür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp