Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Türkiyə çempionu “Qalatasaray” ilk görüşdə 3:0 hesabı ilə qalib gəldiyi “Olimpiya”nı doğma meydanda da məğlub edərək pley-offa yüksəlib.

“Olimpiya” isə Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi ola bilər. Bunun üçün Ağdam klubu Finlandiyanın HJK komandasını mübarizədən kənarlaşdırmalıdır.

“Rakuv”, “Makkabi” (Hayfa), “Molde” (Norveç), “Kopenhagen”, “Braqa”, “Reyncers”, PSV və “Panatinaikos” da ÇL-də növbəti mərhələyə yüksəliblər. 

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su isə bu gün 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb. AEK-lə üç qolun qeydə alındığı ev oyunu yunanların əzmkar qələbəsiylə bitib. Mahir ikinci hissədə meydanda olub. Bu komandaların cavab görüşü avqustun 19-da Yunanıstanda keçiriləcək.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

15 avqust

“Aris” (Kipr) – “Rakuv” (Polşa) 0:1 (ilk oyun 1:2)

“Makkabi” (Hayfa, İsrail) – “Slovan” (Slovakiya) 3:1 (2:1)

“Molde” (Norveç) – “Klaksvik” (Farer adaları) 2:0 (1:2)

“Sparta” (Çexiya) – “Kopenhagen” (Danimarka) 3:3, penaltilər 2:4 (0:0)

“Dinamo” (Zaqreb, Xorvatiya) – AEK (Yunanıstan) 1:2

“Qalatasaray” (Türkiyə) – “Olimpiya” (Sloveniya) 1:0 (3:0)

“Baçka Topola” (Serbiya) – “Braqa” (Portuqaliya) 1:4 (0:3)

“Servett” (İsveçrə) – “Reyncers” (Şotlandiya) 1:1 (1:2)

“Şturm” (Avstriya) – PSV (Niderland) 1:3 (1:4)

“Olimpik” (Marsel, Fransa) – “Panatinakos (Yunanıstan) 2:1, penaltilər 3:5 (0:1)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp