“Yuventus”dan Denis Zakariyanı heyətinə qatan “Monako” daha bir transferə hazırlaşır. “Knyazlıq klubu” bu dəfə də seçimini İtaliyadan edib.

Futbolinfo.az xəbər verir ki, monakolular “Torino”nun üzvü Vilfred Sinqonu heyətinə qatmağa çalışır. “Atalanta”nın da israrla istədiyi oyunçu Liqa 1 təmsilçisi ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Turinlilər onu 10 milyon avroya satacaq.

Fil Dişi Sahilindən olan 22 yaşlı sağ cinah müdafiəçisi 2019-cu ildən “Torino”nun aşağı yaş qruplarında oynayıb, daha sonra əsas heyətə yüksəlib.

Shares: