“Los-Anceles Klippers” komandasının fransız hücumçusu Nikolas Batum karyerasını bitirmək qərarına gəlib. Bu barədə onun həyat yoldaşı Aurelie sosial şəbəkə hesabında məlumat verib:”Nicolas olimpiadadan sonra karyerasını (MBA və Fransa millisi) bitirmək qərarına gəlib, bu onun “Klippers”dəki son mövsümüdür”.

Karyerasına 17 il əvvəl “Le Man” komandasında başlayan Batum iki ildən sonra MBA-ya keçmişdi. “Portland Trail Blazers”də yeddi il keçirdikdən sonra “Charlotte Hornets”ə keçən 34 yaşlı basketbolçu 2020-ci ildən “Los-Anceles Klippers”in şərəfini qoruyur.

Fransa millisinin tərkibində o, 2013-cü ildə Avropa çempionu olub. Bundan əlavə, 2014 və 2019-cu illərdə dünya çempionatında bürünc, 2021-ci ildə Tokio olimpiadasında isə gümüş medal qazanıb.

Shares: