II Liqada iştirak edəcəyi dəqiqləşən “Dinamo” özünə stadion axtarır. Komandanın rəqiblərini hansı meydanda qəbul edəcəyi bilinmir.

Futbolinfo.az xəbər verir ki, yeni klubun rəhbərliyi Bakı Olimpiya Stadionunun ehtiyat meydançasını sifariş etmək istəyir. Bu variant alınmasa, Şüvəlandakı “AZAL Arena” növbəti seçim olacaq.

“Dinamo”nun baş məşqçisi də bəllidir. Komanda vaxtilə bu komandada çalışmış Novruz Əzimova tapşırılacaq.

Shares: