PSJ-nin yarımmüdafiəçisi Renato Sançes “Roma” ilə icarə müqaviləsi imzalayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı futbolçu yeni kluba keçidlə bağlı fikirlərini də bölüşüb:

“Belə bir böyük kluba keçdiyim üçün çox xoşbəxtəm. Klubun layihəsi məni cəlb etdi. Düşünürəm ki, “Roma”da oynamaq mənim üçün mükəmməl seçimdir.

İstənilən futbolçunun azarkeş dəstəyini hiss etməsi çox vacibdir”.

Avqustun 16-da “Roma” PSJ-nin digər yarımmüdafiəçisi, argentinalı futbolçu Leandro Paredesi də heyətinə qatıb.

Shares: