“Union Berlin” növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Almaniya yığmasının və “İnter”in yarımmüdafiəçisi Robin Qosensi heyətinə qatıb.
29 yaşlı futbolçunun transferi Almaniya klubuna 13 milyon avroya başa gəlib. Tərəflər 5 illik müqavilə bağlayıblar.
Qosens “İnter”ə ötən ilin yayında “Atalanta”dan 27,4 milyon avro qarşılığında keçmişdi. Buna qədər Milan klubunda icarədə də olmuş futbolçu “İnter” forması ilə meydana çıxdığı 58 oyunda 5 qol vurub. O, Almaniya millisində də 16 oyun keçirib, 2 qol vurub.