“Aston Villa” Markos Akunyanı transfer etmək istəyir. Birmingem klubu bir sıra İngiltərə və Səudiyyə Ərəbistanı klublarının maraq göstərdiyi futbolçuya rəsmi təklif göndərməyə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı argentinalı sol cinah oyunçusu “Sevilya”dan ayrılmaq istəyir. 2020-ci ildə “Sportinq”dən transfer edilən oyunçu daim əsas heyətdə oynayacağı komanda axtarır.

Futbolçu ilə anlaşmaq mümkün olsa, “Aston Villa” İspaniya klubuna rəsmi təklif göndərəcək. İki illik müqaviləsi qalan argentinalının keçidi üçün əndəlüslülərə 10 milyon avro ödəmək lazımdır.

Shares: