Kevin Lazanya karyerasını Türkiyədə davam etdirəcək. “Fatih Karagümrük” onu mövsümün sonunadək icarəyə götürüb.

Futbolinfo.az xəbər verir ki, 2021-ci ildə “Verona”nın “Udineze”dən transfer etdiyi 31 yaşlı hücumçu heyətə düşə bilmədiyindən iş yerini dəyişib. Onun məxsus olduğu klubla hələ bir illik anlaşması var.

Türkiyə klubu oyunçunu hələlik icarə əsasında oynadacaq. Bir il üçün 1,8 milyon avro ödəyəcək Super Liqa təmsilçisi gələn yay Lazanyanı birdəfəlik transfer edə bilər.

Shares: